Trans-Adriatik boru xəttinin (TAP) mövcyd gücünün iki dəfə artırılması üçün daha iki kompressor stansiyası lazım olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə TAP AG konsorsiumu məlumat yayıb.
Qeyd olunur ki, kompressorun birinin Yunanıstanda, digərinin Albaniyada tikintisinə zərurət var. Eyni zamanda, TAP mövcud olan iki stansiyanı da modernləşdirməlidir.
"Bununla belə, yeni boru xətlərinin salınmasına ehtiyac yoxdur, belə ki, hazırkı xətt ildə 20 milyard kubmetr qaz qəbul etmək iqtidarındadır", - məlumatda deyilir.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib