04 oktyabr 2022 12:01
515

Aİ-nin yeraltı anbarlarında qazın həcmi 97 milyard kubmetrə yaxınlaşıb

Avropa İttifaqı ölkələrində qışa hazırlıq çərçivəsində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 90%-ə yaxınlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, hazırda qeyd olunan göstərici 89,32% təşkil edir (son sutka göstərici 0,35 faiz bəndi artıb – red.) və Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 96,53 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.