Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında rezident olmaq üçün 30 mln. manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir. Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdır. Hazırda rezident olmaq üçün 30 mln. manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq", - M.Cabbarov deyib.
Nazir qeyd edib ki, Sənaye Parkının ilk rezidenti KAMAZ Lizinq Azərbaycan isə artıq tikinti işlərinə başlayıb.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir