05 oktyabr 2022 10:29
256

Enerji sektoru Azərbaycan-Bolqarıstan əlaqələrinin təməl daşlarından biridir

Azərbaycan nefti çox qədimdən xarici ölkə şirkətlərini özünə cəlb etmişdir. Keçmişdə olduğu kimi Azərbaycan müstəqillik qazandıqdan sonra bu ənənə davam edərək, yenidən fəaliyyətə başlamışdır. 1993-cü ildə ölkədə sabitliyinin yaranması   bu işi bir daha surətləndirdi. Azərbaycan enerji ehtiyatlarının kəşf və inkişafı baxımından imzaladığı müqavilələrlə, tarixi bir fürsəti həm siyasi, həm də iqtisadi müstəqillik cəhətdən ela imkanına sahib olmuşdur. İmzalanan neft müqavilələri ölkəyə xarici kapital girişini sürətləndirərkən, buna paralel olaraq da xarici yardımlar və beynəlxalq maliyyə təşkilatlarının verdiyi kreditlər artırmışdır. Azərbaycanın fəaliyyətdə olan yataqlarında 200 milyard m3 təbii qaz ehtiyatı vardır. Azərbaycanın Xəzər dənizindəki neft hasilatı və inkişafı Günəşli, Çıraq, Azəri və Kəpəz olmaqla 4 sahədə cəmləşmişdi.

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Respublikası 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyini elan edərkən onun müstəqilliyini qəbul edən ilk dövlətlərdən biri olmuşdur. Bu qəbul 1992-ci il yanvarın 14-də baş verdi. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 5-də qurulub. Bu 25 il Azərbaycanla Bolqarıstanın iştirak etdikləri beynəlxalq təşkilatlarda, eləcə də iki ölkə arasında əlaqələrin inkişafı üçün çox mühüm və faydalı olmuşdur. Bu dövr ərzində aparılan gərgin siyasi dialoq və yüksək səviyyəli danışıqlar ikitərəfli münasibətlərin möhkəm əsaslarını qoyub. İki ölkə arasında əməkdaşlıq və dialoq bir çox sahələrdə inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Enerji sektoru Azərbaycan-Bolqarıstan əlaqələrinin təməl daşlarından biridir. 2020-ci ildən etibarən Cənub qaz dəhlizinin bir hissəsi kimi Yunanıstan-Bolqarıstan qaz kəməri vasitəsilə 1 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana çatdırılacaq. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 16,5 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatı ikitərəfli əməkdaşlığın daha bir perspektivli sahəsinə çevrilmişdir. Azərbaycan Bolqarıstan ərazisində Atom Elektrik Stansiyasının (AES) tikintisinə investisiya yatırmaqda maraqlıdır.

Bundan əlavə, iki ölkə nəqliyyat, turizm, kənd təsərrüfatı, kommunikasiya vasitələri və texnologiya kimi sahələrdə iqtisadi tərəfdaşlıqlarını inkişaf etdirmək potensialına malikdir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı