“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Bu barədə "İki sahil"ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxt ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib