05 oktyabr 2022 19:59
489

Pərviz Şahbazov "OPEC+"un iclasında iştirak edib

Energetika naziri Pərviz Şahbazov "OPEC+" iclasında iştirak edib.

“İki sahil” xəbər verir ki,  bu barədə nazir "Twitter"də paylaşım edib:

"Uzun müddətdən sonra Vyanada baş tutan iclasında konsensus əsasında yeni qərar qəbul etdik. Neft bazarında volatilliyin azaldılması, sabitliyin təmin edilməsi zərurəti tənzimləmə prosesini aktual saxlayır"- deyə, Pərviz Şahbazov paylaşımda qeyd edib.