05 oktyabr 2022 20:31
526

Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla görüşüb.

“İki sahil” xəbər verir ki,  nazir bu barədə “Twitter“ səhifəsində paylaşım edib.

“Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla qlobal neft bazarının tənzimlənməsinə, “Xızı-Abşeron” Külək Elektirik Stansiyasının inşası da daxil olmaqla Enerji Əməkdaşlığına dair məsələləri müzakirə etdik”,-deyə paylaşımda qeyd olunub.