24 oktyabr 2022 16:41
455

Türkiyə ilə Macarıstan arasında Saziş imzalanıb FOTO

Türkiyə ilə Macarıstan arasında “Hərbi Çərçivə Sazişi” imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sənəd Türkiyə milli müdafiə naziri Hulusi Akar və Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky tərəfindən Ankarada imzalanıb.

Bundan əlavə, iki nazir və nümayəndə heyətləri arasında görüş baş tutub.