Türkiyə ilə Liviya arasında ikitərəfli münasibətlər, hərbi əməkdaşlıq müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Liviyaya etdiyimiz səfər çərçivəsində Tripoli və Benqazidə son dərəcə məhsuldar təmaslarda olduq", - o bildirib və əlavə edib ki, səfər Ankaranın "Tək Liviya" siyasətinin isbatıdır.
H. Fidan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Liviyadakı siyasi prosesi, regional hadisələri və təhlükəsizlik məsələlərini müzakirə edib.
Benqazidə Liviya Milli Ordusunun Baş Komandanı Marşal Xəlifə Həftər və digərləri ilə müdafiə gündəliyinə dair əhatəli məsləhətləşmələr aparılıb.
Libya'ya gerçekleştirdiğimiz ziyaret çerçevesinde Trablus ve Bingazi’de son derece kapsamlı ve verimli temaslarda bulunduk.
— Hakan Fidan (@HakanFidan) August 12, 2026
Ziyaretimiz Libya’nın batısı, doğusu ve güneyi arasında ayrım gözetmeyen “Tek Libya” politikamızın somut bir tezahürü olmuştur.
Şahsıma ve heyetime…