13 avqust 2026 09:47
114

Ağ Ev və ABŞ Məxfi Xidməti riskə getməmək qərarına gəlib və...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İsrail tərəfindən ABŞ Prezidenti Donald Trampa qarşı İran tərəfindən mümkün sui-qəsd təhlükəsi ilə bağlı təqdim edilən məlumatlara şübhə ilə yanaşıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Washington Post" ABŞ-ın hazırkı və keçmiş xüsusi xidmət əməkdaşlarına istinadən məlumat yayıb.

Qeud olunub ki, MKİ analitikləri İsraildən əldə olunan kəşfiyyat məlumatlarını Trampa qarşı təhlükənin mövcudluğunu təsdiqləmək üçün kifayət qədər inandırıcı hesab etməyiblər. Onlar bu barədə ABŞ administrasiyasının nümayəndələrinə məlumat veriblər.

Buna baxmayaraq, Ağ Ev və ABŞ Məxfi Xidməti riskə getməmək qərarına gəlib və əlavə təhlükəsizlik tədbirləri görüb. Belə ki, Tramp Türkiyədən adi prezident təyyarəsi ilə deyil, başqa hava gəmisi ilə ayrılıb.

Beləliklə, hadisə ABŞ kəşfiyyatının təhlükə ilə bağlı qiymətləndirməsi ilə Ağ Ev və Məxfi Xidmətin ehtiyat tədbirləri arasında fərq olduğunu göstərib.