28 oktyabr 2022 17:59
472

Ukraynada “Bayraktar” zavodu 2 il ərzində inşa ediləcək

Türkiyənin “Baykar Makina” şirkəti iki ildən sonra Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) istehsalı üçün zavod tikintisini yekunlaşdıracaq.

"İki sahil" “Reuters“ə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin Baş direktoru Haluk Bayraktar “SAHA EXPO Defence & Aerospace Exhibition” sərgisində çıxışında deyib.

Xatırladaq ki, Rusiyanı hərbi müdaxiləsi başlayandan bəri "Bayraktar" PUA-ları Ukraynanın müdafiəsində xüsusi rol oynayıb.