Ukraynanın Nikolayev şəhərində yaşayan soydaşımız Zaur Ağabəyov müharibə dövründə göstərdiyi humanitar yardıma görə mükafatlandırılıb.
“İki sahil” xəbər verir ki, “Birlik” diaspora təşkilatının sədr müavini Anar Natiqoğlu AZƏRTAC-a bildirib ki, Nikolayev vilayət Administrasiyasının rəhbəri Vitali Kim soydaşımıza müharibənin ilk günlərindən yerli xalqa göstərdiyi maddi, humanitar dəstəyə görə təşəkkürnamə verib. Nikolayev vilayətinin qubernatoru Zaur Ağabəyovun timsalında bütün Ukraynada yaşayan azərbaycanlı fəallara təşəkkür edib.
Xatırladaq ki, Zaur Ağabəyovun oğlu Nikolayev şəhər sovetinin deputatı Ramil Ağabəyov da həm şəhərin su təchizatı, həm də digər humanitar məsələlərdə önəmli addımlar atan şəxslərdəndir.
ABŞ-da 11 nəfər "Green card" almaq üçün saxta nikahların təşkilində ittiham olunub