04 noyabr 2022 15:14
402

Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb FOTO

Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) "Twitter" hesabında bildirilib.

Məlumata görə, Özbəkistan Respublikasında səfərdə olan AMB-nin nümayəndə heyəti “2-ci Özbəkistan İqtisadi Forumu” (UEF22) çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədr müavini Behzod Hamraevinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.