04 noyabr 2022 17:39
400

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4,35 mlrd dollara çatıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 34% artaraq 4,35 mlrd. ABŞ dollarına çatıb.

“İki sahil” xəbər verir ki, bu, bu gün Bakı şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında açıqlanıb.

Eyni zamanda post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.