07 noyabr 2022 13:42
555

Bakıda şadlıq saraylarında menyuların qiyməti artıb

Bakıda şadlıq saraylarında menyuların qiyməti bahalaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məlumat yayıb.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 43.0 faiz artıb.

Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində oktyabr ayında əvvəlki aya nisbətən 8 faiz artım qeydə alınıb.

Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox, yəni 12 faiz artıb.