08 noyabr 2022 16:03
309

Şəntop: Can Azərbaycan Qarabağda əsl qələbə qazandı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, TBMM sədri tviterdə paylaşdığı təbrikdə qeyd edib: “Qardaş ölkə Azərbaycanın 8 noyabr - Zəfər Gününü təbrik edir, bu şərəfli gündə vətən, əzan və istiqlal uğrunda şəhid olan vətən övladlarını rəhmətlə yad edirəm.

Allaha həmd olsun, Can Azərbaycan Qarabağda əsl qələbə qazandı. Bu günün şöhrəti əbədi olsun.