Türk Hava Yolları (THY) aviaşirkətinin ilin ilk 10 ayında daşıdığı sərnişinlərin sayı 60,5 milyona çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türk Hava Yolları aviaşirkətindən verilən məlumatda bildirilib.
2019-cu ilin eyni dövrü ilə müqayisədə oturacaq tutumunu 8 faiz artıran Türk Hava Yolları aviaşirkəti 10 ayda altı milyondan çox sərnişin daşıyıb.
Məlumata görə, donanmasında 388 təyyarəsi olan Türk Hava Yollarının daşıdığı yük isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq 1,4 milyon tona çatıb.