09 noyabr 2022 21:04
548

Tovuzda zəncirvari qəza olub, xəsarət alanlar var

Tovuzda yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun girişində - “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb. İki "Opel", "Mercedes" və "Chevrolet - Niva" markalı minik maşınlarının toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.