10 noyabr 2022 10:19
386

Yanvar-oktyabr aylarında Türkiyə müdafiə sənayesi məhsulları ixracını artırıb

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz artaraq 3,3 milyard dollara bərabər olub.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 464,5 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 54,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021-oktyabr 2022) Türkiyə 4 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.