Qazaxıstan gələn ildən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ildə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır.
"İki sahil"in TASS agentliyinə istinadən məlumatına görə, bunu bu gün Qazaxıstanın baş naziri Əlixan Smayilov jurnalistlərə açıqlamasında deyib.
"Bizim gələn il yanvarın 1-dən BTC neft kəməri ilə 1,5 milyon ton neft nəql etməklə bağlı razılığımız var. Gələcəkdə bu istiqamətdə neft nəqlinin ildə 6-6,5 milyon tona çatdırılması planlaşdırılır", - deyə o bildirib.