10 noyabr 2022 11:13
331

İsraildən Azərbaycana səfər edənlərin sayı 4,4 dəfədən çox artıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 22 083 min nəfər təşkil edib.

Bu barədə "İki sahil"ə Dövlət Turizm Agentliyindən xəbər verilib.

Qeyd edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.4 dəfədən çox artım deməkdir.