10 noyabr 2022 14:55
409

Daha bir avtomobil şirkəti Rusiyada fəaliyyətini dayandırıb

Yaponiyanın "Mazda Motor" avtomobil şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin bugünkü açıqlamasında deyilir.

Qeyd olunur ki, "Mazda" həm də Vladivostok şəhərindəki birgə müəssisəsindəki payını satır.

Məlumata əsasən, həmin müəssisədə payın satın alınması ilə bağlı Rusiyanın "Sollers avto" şirkəti ilə razılıq əldə edilib.

Xatırladaq ki, bu il Yaponiyanın "Nissan" və "Toyota" şirkətləri Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlamışdı.