10 noyabr 2022 16:26
443

Ölkədə fəaliyyətini bərpa etmiş şirkətlərin sayı 23% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % artıb.

“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 19,5 % artıb.