2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 17,9 milyard dollara bərabər olub.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.