2022-ci ilin oktyabr ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz artaraq 28,1 milyard dollara bərabər olub.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin yanvar-oktyabr ayında Türkiyə 2,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin yanvar-oktyabr ayları ilə müqyisədə 15,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 32,99 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.