“Dünyada ərzaq qıtlığı, ərzaq böhranı kimi təhdidlər var. Ərzaq təhlükəsizliyi məsələsi hazırda dünyada da çox aktualdır”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu baxımdan ölkəmizin ərzaq təminatının təşkil olunması məsələsinə xüsusi önəm veriblər: “Ərzaq təminatı ilə bağlı xərclərin 52 %-i ərzaq təhlükəsizliyinə yönəldiləcək. Sahibkarlığın inkişafı dövlətin daim diqqət mərkəzində qalmaqdadır”.
Nazir qeyd edib ki, dövlət borcu üzrə xərclər azalıb: “Artıq bir sıra xarici borclarımızı yenidən maliyyələşdirmə yolu ilə təmin edirik. Növbəti ildə beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait cari illə müqayisədə 22,8 % çoxdur. 2023-cü ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq səviyyəli tədbirlər üçün 207 milyon manat vəsait nəzərdə tutulub”.