Yanvar-oktyabr aylarında Azərbaycanda qaz ixracı 18,2% artıb, bu da illik müqayisədə 17,4% çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Paylaşımda qeyd olunur ki, hesabat dövründə Avropaya 9,3 mlrd. kubmetr, Türkiyəyə 6,9 mlrd. kubmetr, Gürcüstana isə 2 mlrd. kubmetr qaz ixrac olunub.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.