14 noyabr 2022 13:35
552

"Ağdam Sənaye Parkı"nda dam örtükləri müəssisəsi yaradılacaq

"Ağdam Sənaye Parkı"nda daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-ə çatıb.

“İki sahil” xəbər verir ki,  bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, yeni rezident NN-Tel Group MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 mln. manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq.