15 noyabr 2022 16:32
613

Almaniyada ilk səyyar qaz terminalının tikintisi başa çatıb

Almaniyanın şimalındakı Vilhelmshafen limanında mayeləşdirilmiş təbii qaz yüklü gəmilərin qəbul olunması üçün ilk səyyar terminalın tikintisi bu gün başa çatıb.

“İki sahil” xəbər verir ki, ilk tankerin 2023-cü ilin yanvarında terminala gəlməsi planlaşdırılır.

Almaniya hökuməti 2023-cü ilin sonunadək 7 səyyar terminalın inşasını başa çatdırmağı planlaşdırır. Terminalların ümumi qəbul gücü ildə 30 milyard kubmetr qaz təşkil edəcək.