2022-ci ilin yanvarından oktyabrın sonunadək Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə 9,3 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
“İki sahil” xəbər verir ki, bu barədə TAP AG konsorsiumundan bildiriblər.
Qeyd olunub ki, bu həcmin 8,14 milyard kubmetrdən çoxu İtaliyaya, 1,1 milyard kubmetri Yunanıstana nəql edilib.
Xatırladaq ki, TAP 2020-ci ilin dekabrın 31-də Avropaya qaz nəql etməyə başlayıb.