16 noyabr 2022 12:27
517

Sahibkarlara 105 milyon manatdan çox güzəştli kredit verilib

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter“ hesabında paylaşım edib.

Məlumata görə, verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - paylaşımda bildirilir.