16 noyabr 2022 17:03
592

Bu il Azərbaycanın valyuta ehtiyyatları 6 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın valyuta ehtiyyatları 6 % artaraq 55 milyard ABŞ dollarını keçib.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"O cümlədən 10 ay ərzində AMB-nin valyuta ehtiyatları 10,3% artaraq 7,8 milyard dollara çatıb", - deyə o, qeyd edib.