16 noyabr 2022 18:37
605

Ağdam‒Xankəndi qaz kəməri çəkiləcək

Azərbaycan Ağdam ‒ Xankəndi qaz kəmərini çəkəcək.

“İki sahil” xəbər verir ki,  bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, 2025-ci ilə qədər SOCAR tərəfindən Ağdam ‒ Xankəndi qaz kəmərinin və üzərində QTM-lər quraşdırmaqla qaz kəməri qollarının tikintisi təmin edilməlidir.