17 noyabr 2022 13:04
534

Azərbaycanın ümumi daxili məhsulu artım səviyyəsi açıqlanıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 5,2 faiz, qeyri-neft-qaz sektorunda əlavə dəyər isə 9,7 faiz artıb.

“İki sahil” xəbər verir ki, bunu bu gün iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İnvestisiyalar və gənc sahibkarlıq forumunda deyib.

Onun sözlərinə görə, bu artım Azərbaycanda aparılan kompleks tədbirlərlə ifadə olunur.

"Azərbaycanın strateji inkişafının yeni mərhələsi innovativ yönümlülüyün və milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsi, dayanıqlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş əraziərin reinteqrasiyası kimi hədəfləri əhatə edir. Sahibkarların da qarşıya qoyulan hədəflərin nail olunması üzrə böyük gözləntiləri var", - deyə o bildirib.

E.Əliyev əlavə edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 56,4 milyard dollar, xarici ticarət dövriyyəsi 46 milyard dollar, müsbət saldo isə 23 milyard dollardan çox təşkil edib.