18 noyabr 2022 14:30
598

Qeyri-neft sektoru üzrə əmək müqavilələrinin sayı 47 mindən çox artıb

2022-ci ilin 1 noyabr tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 728 mindən çox olub.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ilin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb. Oktyabr ayı ərzində özəl sektorda 12.5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb. Bildirilib ki, cari ildə bu sahədə aparılan tədbirlərin nəticəsi olaraq, əmək müqavilələrinin artımı, əsasən, ticarət, xidmət, sənaye sahələrində daha çox müşahidə olunur.