19 noyabr 2022 12:44
534

“Rosselxoznadzor” Azərbaycana məhsul göndərən Rusiya sahibkarlarına xəbərdarlıq edib

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ölkə sahibkarlarını Azərbaycana məhsul ixracı ilə bağlı məlumatlandırıb.

"İki sahil" xəbər verir ki, xidmət dekabrın 1-dən Azərbaycana ixrac edilən məhsulların Azərbaycan dilində etiketlənməsinin vacibliyini diqqətə çatdırıb.

“Rosselxoznadzor” yeni qaydalarla bağlı sahibkarları Azərbaycan qanunvericiliyinə riayət etməyə çağırıb. Belə ki, dekabrın 1-dən Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan dilinə tərcümə olunmadan etiketlənmiş məhsulların ölkəyə idxalını qadağan edəcək.