19 noyabr 2022 17:25
582

MDB ölkələrinə məhsul ixracı azalıb

Yanvar-oktyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 229 milyon 433 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən "İki sahil"ə verilən məlumata görə, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 218 milyon 27 min dollar azdır.

Cari ilin on ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 3 milyard 461 milyon 445 min dollar olub.