19 noyabr 2022 18:37
574

Azərbaycan 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

Yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

“İki sahil” xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə 121 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal edilib.