21 noyabr 2022 10:46
316

Azərbaycan öz enerji balansına bərpa olunan enerji mənbələrinin tətbiqi üçün unikal mövqedədir

Azərbaycan öz enerji balansına bərpa olunan enerji mənbələrinin tətbiq olunması üçün unikal mövqedədir.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun katibi Canluka Sambuçini deyib.

O qeyd edib ki, COVID-19-un və enerji böhranının iqtisadiyyata təsirinə baxmayaraq, ölkənin bərpa olunan enerjinin inkişafı ilə bağlı böyük perspktivləri var.

"Ümumilikdə, Azərbaycanın qarşısında elektrik enerjisi balansında bərpa olunan enerjinin payını 2026-cı ilədək 24 faizə, 2030-cu ilədək 30 faizədək artırmaq hədəfi dayanır. Bu hədəflərin əldə olunması üçün son zamanlarda çoxlu layihələr icra olunub. Məsələn, yeni elektrik stansiyaları, o cümlədən Azərbaycanın ernrji sisteminin transformasiyası vacib əhəmiyyət daşıyan meqalayihələr istifadəyə verilib. Bütün bunlar Azərbaycanda bərpa olunan enerjinin istehlakının artmasına və ölkənin bu növ enerjinin ixracatçısına çevrilməsinə xidmət edir", - C.Sambuçini əlavə edib.