21 noyabr 2022 11:40
492

Mikayıl Cabbarov: Bir çox makro iqtisadi göstəricilərdə artım müşahidə olunur

2022-ci ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, bir çox makro iqtisadi göstəricilərdə artım müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cababrov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, xüsusilə, qeyri-neft-qaz sektorunda investisiyaların həcmində və nəqliyyat daşımalarında yüksək dinamika var.