21 noyabr 2022 15:12
416

Ölkədə nəm salfet istehsal edən şirkətə güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "V-VVV" MMC-yə nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit ayırıb.

“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter" hesabında qeyd edib.

"Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir", - deyə nazir əlavə edib.