25 noyabr 2022 15:30
344

Pandemiyadan zərər çəkmiş sahibkarlara 38 mln. manat ödənilib

Azərbaycanda dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 mln. manat vəsait ödənilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter“ hesabında paylaşım edib.

“2020-ci ilin iyun ayından bu il noyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 mln. manat vəsait ödənilib”, - paylaşımda bildirilib.