29 noyabr 2022 10:43
365

Nyu-York birjasında təbii qazın ucuzlaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"İki sahil" "APA-Economics"ə istinadən xəbər verir ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,09% azalaraq, 7,249 ABŞ dolları təşkil edib.