2022-ci ilin yanvar-oktyabr aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 806,7 mln. manatlıq əməliyyat aparıblar, bu da illik müqayisədə 87,7% artım deməkdir.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadla xəbər verir.
Məlumata görə, 2022-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 149 mln. manat təşkil edib, bu illik müqayisədə 19,8% çoxdur.