30 noyabr 2022 15:30
439

Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə tədarükünə dair işlər görülür

Cənub-Şərqi Avropa ölkələrinə Azərbaycan və Türkmənistan təbii qazının tədarükünə dair işlər görülür, təmaslar aparılır.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, tərəflər bu məsələdə Türkiyənin dəstəyini istəyir.