03 dekabr 2022 09:22
609

OPEC nazirlərinin iclası keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) nazirlərinin dekabrın 3-də videokonfrans vasitəsilə iclası keçirəcək.

“İki sahil” xəbər verir ki, təşkilatın dekabr toplantısı “OPEC plus” ölkələrinin dekabrın 4-nə planlaşdırılan və videokonfrans formatında keçiriləcək iclası ərəfəsində baş tutacaq.

Qeyd edək ki, OPEC ölkələrinin nümayəndələrinin belə görüşü adətən ildə iki dəfə keçirilir. Təşkilatın sonuncu iclası iyunun 29-da onlayn rejimdə baş tutub.