05 dekabr 2022 10:24
536

Əmtəə bazarlarında qızılın qiyməti 1 800 dolları ötüb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,65% artaraq, 1 821,4 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,18% artaraq, 23,53 dollar təşkil edib.