05 dekabr 2022 13:11
634

İcmal büdcənin xərclərinin yuxarı həddinin məbləği artırılır

2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği artırılır.

“İki sahil” xəbər verir ki,  bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 20 milyon manat artırılaraq, 37 milyard 969 milyon 346,5 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 37 milyard 949 milyon 346,5 min manat müəyyən edilmişdi.