05 dekabr 2022 13:55
647

Rusiyanın enerji istehlakında maynerlərin payı bu il 2%-ə çata bilər

Bu ilin yekunlarına görə, Rusiyada kriptovalyuta maynerlərinin elektrik enerjisinin istehlakında payı 2%-ə çata bilər.

"İki sahil”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının energetika nazirinin müavini Pavel Snikkars bildirib.

“2021-ci ilin nəticələrinə görə, mayninq (kripto-valyuta platforçalarının fəaliyyətini təmin etmək üçün yeni strukturların yaradılçası üzrə fəaliyyət – red.) enerjisi istehlakının payı ümumi elektrik enerjisi istehlakının təxminən 1%-ni təşkil edir, bu kifayət qədər böyük həcmdir. 2022-ci ildə daha çox olacağını düşünürəm”, - Pavel Snikkars qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ilin nəticələrinə görə, bu göstərici 1,5-2% təşkil edə bilər.