06 dekabr 2022 11:16
772

Məhşur Hollivud aktrisası vəfat edib

Amerikalı aktrisa Kersti Elli 71 yaşında vəfat edib.

"İki sahil" “NBC”yə istinadən xəbər verir ki, bu barədə onun övladları sosial şəbəkədə məlumat yayıb. Aktrisanın xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Kersti Elli karyerasına 1980-ci illərdə başlayıb və ümumilikdə 70-dən çox film və serialda çəkilib. 1991-ci ildə “Şən dostlar” filmindəki roluna görə, “Ən yaxşı aktrisa” nominasiyasında “Emmi” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.

Aktrisanın rol aldığı digər məşhur ekran işləri içərisində “İki: Mən və mənim kölgəm”, “Kim danışardı”, “Yoxsulluqda və sərvətdə” filmləri, həmçinin “Veronikanın salonu”, “Şimal və Cənub”, “Şimal və Cənub” kimi seriallar da var.